Mətbuat konfranslarının vaxtı dəyişdi

  • Bu gün, 17:45

“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Sent Lüsiya oyunu öncəsi mətbuat konfranslarının vaxtında dəyişiklik edilib.

Sportlife.az xəbər verir ki, yeni cədvələ əsasən, martın 26-da təşkil olunacaq mətbuat konfransları və açıq məşqlər belədir:

Sent Lüsiya milli komandası

18:15 - Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
18:30 - İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

Azərbaycan milli komandası

18:30 - Mətbuat konfransı (“Dalğa Arena”)
19:00 - İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)


Paylaş: