"Yuventus"un futbolçusu "Barselona"nın hədəfində
"Barselona" "Yuventus"un sol cinah müdafiəçisi Andrea Kambiasoya maraq göstərir.
Sportlife.az xəbər verir ki, Turin komandasının baş məşqçisi Luçano Spalletti 26 yaşlı futbolçunu əsas heyət üzvü olaraq görür. Bu səbəbdən İtaliya nəhəngi oyunçu üçün 50 milyon avro tələb edir.
Müdafiəçi bu mövsüm 39 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.