"Barselona" hücumçusunu satmaq istəyir
"Barselona" yay transfer pəncərəsində hücumçusu Ferran Torresi satmaq istəyir.
Sportlife.az xəbər verir ki, oyunçunun hazırkı müqaviləsi 2027-ci ildə bitəcək.
26 yaşlı forvard 2022-ci ildə "Mançester Siti"dən "Barselona"ya keçib. O, kataloniyalılar üçün 198 oyun keçirib, 60 qol vurub və 21 məhsuldar ötürmə edib.
"Transfermarkt" futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.
Kataloniya klubu, həmçinin Robert Levandovskini saxlamaq, "Atletiko"dan Xulian Alvaresi transfer etmək və "Mançester Yunayted"dən Markus Reşfordu almaq istəyir.