Millimiz seçmə mərhələdə mübarizəyə başlayır

  • Bu gün, 11:02

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

Sportlife.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirəcək.

Qarşılaşma Bakı vaxtı ilə sat 20:00-da Kaunasdakı "Raudondvario" stadionunda start götürəcək. Matçı Moldova və Ukraynadan olan hakimlər idarə edəcək.

Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.


Paylaş: