"Real" ChatGPT-dən dəstək alırmış

  • Bu gün, 10:45

"Real"ın keçmiş fizioterapevti və diyetoloqu İtziar Qonsales komandanın tibb işçilərinin səriştəsizliyi ilə bağlı şayiələrə cavab verib.

Sportlife.az xəbər verir ki, mütəxəssis sosial şəbəkə hesabında bunları yazıb:

"Ümid edirəm ki, bundan sonra klubda daha çox savadlı mütəxəssis olacaq. Şəxsi əlaqələr vasitəsilə vəzifə alan beyinsiz narsistlərin sayı isə azalacaq. Bu tip insanlar yalnız oyunçulara zərər verir.

Klubun qida əlavələrinin ChatGPT-nin pulsuz versiyasından alınan məsləhətlər əsasında təyin edilməsi isə sadəcə dəhşətdir".

Qonsales 2025-ci ilin avqust ayına qədər Real Madriddə çalışıb.

Qeyd edək ki, daha əvvəl "Real"da həkimlərin Kilian Mbappenin zədəsini diaqnoz edərkən səhv dizində MRT müayinəsi apardıqları barədə məlumatlar yayılmışdı.


Paylaş: