“İmişli”nin statistik fəlakəti

  • Bu gün, 17:14

"İmişli”də böhran artıq tendensiyaya çevirilib. Son iki oyunda 11 qol buraxmaq və “Neftçi” qarşısında 0:6 hesablı məğlubiyyət komandanın müdafiə və psixoloji dayanıqlığının tam çökməsini göstərir.

Rəqəmlər də bunu deyir: 14 oyundur qələbə yoxdur. 13 Premyer Liqa, 1 kubok matçı. Bu müddətdə 17 qol buraxılıb, cəmi 4 qol vurulub.

Daha ağır siqnal isə hücum xəttindən gəlir: “İmişli” 7 oyundur fərqlənə bilmir!

O vaxtdan bəri komanda nə oyunun axarını dəyişə bilir, nə də minimal reaksiya verə bilir.

22 xalla 9-cu pillədə olan bölgə təmsilçisinin vəziyyəti daha da gərginləşib. 21 xalı olan “Kəpəz” artıq bir addım geridədir. "Qəbələ" ilə xal fərqi isə 6-ya enib. 

Sportlife.az


Paylaş: