Debretsendə 4 medal
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Sportlife.az xəbər verir ki, Azərbaycan millisi 19 ölkənin qatıldığı yarışda 2 gümüş və 2 bürünc medal qazanıb.
Komandamızın heyətində Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) 2-ci yeri tutub. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurub.