Madrid derbisində 4 kapitan
"Real" və "Atletiko" arasında keçirilən Madrid derbisində (3:2) maraqlı hadisə baş verib.
Sportlife.az xəbər verir ki, həmin matçda "kral klubu"nda kapitanlıq sarğısı 4 oyunçuda olub.
"Real"ı meydana kapitan kimi Dani Karvaxal çıxarıb. 64-cü dəqiqədə ispan müdafiəçi əvəzlənib və sarğını yarımmüdafiəçi Federiko Valverdeyə verib. Uruqvaylı oyunçu 77-ci dəqiqədə qırmızı vərəqə aldıqdan sonra kapitanlıq səlahiyyəti hücumçu Vinisiusa keçib. Braziliyalı forvard 87-ci dəqiqədə əvəzlənib və meydanı tərk etməzdən əvvəl sarğını qapıçı Andrey Luninə verib.