Məşhur futbolçu karyerasını bitirdi
Fransa millisinin sabiq yarımmüdafiəçisi Dimitri Payet futbolla vidalaşıb.
Sportlife.az xəbər verir ki, o, 39 yaşında karyerasını başa vurmaq qərarına gəlib.
Payet son olaraq Braziliyanın "Vasko da Qama" klubunda çıxış edib və 2025-ci ilin yayında bu komandadan ayrılıb.
Futbolçunun karyerasının böyük hissəsi "Marsel"lə bağlıdır. Bu klubun heyətində meydana çıxdığı 326 matçda 78 qol və 96 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi müxtəlif illərdə "Sent-Etyen", "Lill", "Vest Hem" və "Nant"ın da formasını geyinib.
Qeyd edək ki, Dimitri Payet Fransa yığmasının heyətində keçirdiyi 38 oyunda 8 dəfə fərqlənib. O, AVRO-2016-nın gümüş mükafatçısıdır.