“Barselona” yenidən başqa stadionda oynayacaq

  • Bu gün, 15:18

"Barselona” növbəti mövsümlərdə yenidən müvəqqəti olaraq doğma stadionunu tərk edə bilər.

Sportlife.az xəbər verir ki, “Kamp Nou” arenasında yeni dam örtüyünün quraşdırılması planlaşdırılır. İşlərin 2027-ci ilin yayında başlaması nəzərdə tutulur və təxminən yeddi ay davam edə bilər. “Barselona” bu müddət ərzində başqa stadiondan istifadə etməli olacaq.

Kataloniya klubu ötən ilin noyabrında yenidən qurulmuş “Kamp Nou” stadionuna qayıtmışdı.

“Barselona” hazırda Hans-Diter Flikin rəhbərliyi altında İspaniya La Liqasında turnir cədvəlinə liderlik edir. 28 turdan sonra 70 xal toplayan komanda ən yaxın izləyicisi olan “Real”ı 4 xal qabaqlayır.


Paylaş: