Nəriman yeni komandasında dübut etdi

  • Bu gün, 11:12

Bu qış "Qarabağ"dan “Kolambus Kryu"ya keçən Nəriman Axundzadə komandada debüt edib.

Sportlife.az xəbər verir ki, o, MLS-in 5-ci turunda “Toronto” ilə matçda meydana çıxıb. O, oyuna 88-ci dəqiqədə Andre Qomeşin əvəzinə daxil olub. 

Bununla da 22 yaşlı hücumçu MLS-də meydana çıxan ilk azərbaycanlı futbolçu olub.

Sözügedən matç isə “Kolambus Kryu”nun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Hazırda turnir cədvəlində "Toronto" 7 xalla 11-ci, "Kolumbus Kryu" isə 2 xalla 28-cidir.


Paylaş: