Rui Jorge təyinatında "ofsayd" arqumenti - ABSURD!

  • Bu gün, 18:04

Portuqaliyalı mütəxəssis Rui Jorgenin Azərbaycanın U-20 millisinə gətirilməsində AFFA rəhbərliyi "ofsaydda qalıbmış".

Bunu AFFA rəhbərliyinin elçiləri gizlində yaymağa başlayıb.

Absurd!
Məsuliyyətdən yayınmağın ən rahat forması...

Necə yəni rəhbərlik ofsaydda qalıb? 

Bu federasiyanın rəhbəri var. İcra strukturu var. İcraiyyə Komitəsi var. O zaman qərarları kim verir?

Rövşən Nəcəf bu proseslərdən xəbərsizdir?
Balakişi Qasımov bu məsələlərə də qarışmır? Cahangir Fərəcullayev federasiyada baş verən proseslərdən kənardadır?
Maqsud Adıgözəlovun bu qərara təsir etmək imkanı yoxdur?

"Ofsayd" arqumenti sadəcə ictimai rəyə təqdim olunan, məsuliyyətdən yayınmaq üçün yaradılmış bir görüntüdür. Elə bir görüntü ki, guya qərarlar haradasa verilir, rəhbərlik isə sadəcə iclasda əl qaldırmaqla kifayətlənir.

Əgər rəhbərlik yalnız əl qaldırmaq üçün lazımdırsa, onda bu qurumun idarəetmə gücü haradadır?

Əgər doğrudan da kənarda qalıblarsa, bu daha böyük problemdir. O zaman federasiyanı kim idarə edir? Qərarları kim verir? Strateji təyinatları kim müəyyənləşdirir?

Əgər qərarları başqaları verirsə, onda federasiyanın rəhbərliyi nəyə cavabdehdir?
“Bizi ofsayda salıblar” demək məsuliyyəti azaltmır.

Başqa bəhanə fikirləşin!

Mirələm HƏSƏNLİ 


Paylaş: