Alvaresdən yeni rekord

  • 30 Aprel 2026, 19:48

"Atletiko"nun hücumçusu Xulian Alvares Çempionlar Liqasının yarımfinalında "Arsenal" ilə keçirilən ilk matçda (1:1) xüsusi göstəriciyə imza atıb.

Sportlife.az xəbər verir ki, bununla da argentinalı forvard Avropanın əsas klub turnirinin bir mövsümündə 10 qol vuran ilk paytaxt təmsilçisi kimi tarixə düşüb.

Qeyd edək ki, cari mövsümdə Alvares bütün turnirlər daxil olmaqla klubun heyətində 48 oyun keçirib. O, bu görüşlərdə 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması mayın 5-də Londondakı "Emireyts" stadionunda baş tutacaq.


Paylaş: