Nəriman oynadı, komandası qələbə qazandı
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” ABŞ Kubokunda 1/8 final oyununa çıxıb.
Sportlife.az xəbər verir ki, sözügedən komanda 1-ci liiqa təmsilçisi “One Knoxvill” ilə qarşılaşıb. Oyun “Kolumbus Kru”nun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.
Nəriman oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.
“Kolumbus Kru” bu qələbə ilə 1/4 finala yüksəlib.
“Kolumbus Kru” - “One Knoxvill” - 4:1
Qollar: Pikard, 10, 23, Qazdaq, 72, Adams, 77 - Rodriges, 11