Hakimlikdən kənar oyunçu

  • Bu gün, 15:34

Müzakirələrin qızışdığı məqamda sizə nədən danışım? Problemlərin kökündən.

 Rəhim Həsənovun Hakimlər Komitəsinə gəlişindən sonra hakimlikdəki düzən daha da pozulub. Deməli sistem xətası var. 

Bu sistemin arxasında duran icraedici şəxs kimdir? Hakimliklə heç bir əlaqəsi olmayan Bəhruz Teymurov. 

O kimdir? İnternet axtarış sistemlərində adını yazıb maraqlana bilərsiniz. 

Yazılarımızı oxuyub arqument qondarmağa adət etmiş AFFA başbilənləri yenə deyəcəklər ki, Bəhruz Teymurov yalnız inzibati işlərlə məşğul olmaq üçün Hakimlər Departamentinə rəhbərlik edir. 

Həqiqətən belədirmi? Xeyr. Onlar yaxşı bilirlər ki, Teymurov ora nə üçün gətirilib və hansı funksiyanı icra edir.

 AFFA-dakı mənbələrimiz bildirirlər ki, Teymurov təyinatlardan tutmuş bütün proseslərə müdaxilə edir. Məntiqsiz və ədalətsiz təyinatların arxasında duran şəxs də odur. 

İndi siz qərar verin, bu sistemlə hakimlik necə inkişaf etsin? 

Mirələm HƏSƏNLİ 


Paylaş: