Pavloviç satılmayacaq
"Bavariya" "Real" və "Mançester Siti"nin yarımmüdafiəçi Aleksandr Pavloviç üçün göndərdiyi transfer təkliflərini rədd edib.
Sportlife.az xəbər verir ki, Münhen klubu əsas heyət üzvü ilə yolları ayırmaqda maraqlı deyil.
Almaniya millisinin üzvü "Bavariya"da Bundesliqa debütünü 2023-cü ilin oktyabrında edib. Onun klubla 2029-cu ilin yayına qədər müqaviləsi var.
Pavloviç bu mövsüm 39 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Transfermarkt onun transfer dəyərini 75 milyon avro olaraq qiymətləndirir.