Avropa çempionunun "qızıl" təəssüratları

  • Bu gün, 14:08

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanmağından danışıb.

Sportlife.az xəbər verir ki, ikiqat Avropa çempionu olan idmanşı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bu uğurlarla kifayətlənməyəcəyini deyib:

"İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım. Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur. Həsrət Cəfərov 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var. Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm”.


Paylaş: