Rusiyalı qapıçıdan 10-cu "quru oyun"

  • 23 Aprel 2026, 10:45

PSJ Liqa 1-in 26-cı turunda evdə Nantı 3 cavabsız qolla məğlub edib.

Sportlife.az xəbər verir ki, Paris klubunun rusiyalı qapıçısı Matvey Safonov bütün oyunu meydanda keçirib və qapısını toxunulmaz saxlayıb.

Bu matç rusiyalı futbolçunun bu mövsüm bütün turnirlərdə 10-cu "quru oyun"u olub. O, ümumilikdə 21 görüş keçirib.


Paylaş: