"Beşiktaş"ın sabiq futbolçusu öldü

  • 24 Aprel 2026, 18:53

Nigeriya milli komandasının keçmiş hücumçusu Maykl Eneramo 40 yaşında vəfat edib.

Sportlife.az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının rəsmi saytında məlumat verilib.

Keçmiş futboçu yoldaşlıq oyunu zamanı vəfat edib. Məlumata görə, Eneramo ikinci hissənin əvvəlində infarkt keçirib.

Eneramo 2009-2011-ci illərdə Nigeriya milli komandasında oynayıb. Klub səviyyəsində hücumçu Tunisin "Esperans", Səudiyyə Ərəbistanının "Əl-Şabab", Türkiyənin "Beşiktaş" və "Başakşəhər" komandalarında çıxış edib. Eneramo milli komandada 10 oyun keçirib və 3 qol vurub.


Paylaş: