Əzəli rəqibə keçməkdən imtina etdi
"Mançester Siti"nin qolkiperi Ceyms Trafford İngiltərə Premyer Liqasının digər təmsilçisi "Mançester Yunayted"ə keçməyəcək.
Sportlife.az "The Sun"a istinadən xəbər verir ki, qolkiper karyerasını başqa çempionatda davam etdirməyə üstünlük verir.
Yayda "şəhərlilər"i tərk edəcəyi gözlənilən ingiltərəli qapıçı daha çox oyun təcrübəsi qazanmaq niyyətindədir. Hazırda o, komandada Canluici Donnarumma ilə rəqabət səbəbindən kifayət qədər şans qazana bilmir.
Futbolçunu İtaliyanın "Yuventus" klubu yaxından izləyir. Turin təmsilçisi 22 yaşlı qapıçı üçün təxminən 20 milyon avro ödəməyə hazırdır. Həmçinin qolkiper İngiltərənin daha iki klubu - "Aston Villa" və "Nyukasl"ın da maraq dairəsindədir.
Qeyd edək ki, C.Trafford cari mövsümdə keçirdiyi 14 matçda 10 qol buraxıb. O, 7 oyunda qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.