"İnter"dən Akanji qərarı
"İnter" (İtaliya) "Mançester Siti"dən (İngiltərə) icarəyə götürdüyü müdafiəçi Manuel Akanjini tam transfer edəcək.
Sportlife.az xəbər verir ki, A Seriyası klubu 30 yaşlı futbolçu üçün 15 milyon avro ödəyəcək.
İsveçrəli müdafiəçi 2025-ci ilin sentyabrından Milan təmsilçisində çıxış edir.
Qeyd edək ki, M.Akanji cari mövsümdə "İnter"in heyətində bütün turnirlərdə 42 matça çıxıb və 2 qol vurub.