"Neftçi"də Sambu sevinci
Bir müddətdir zədəli olan “Neftçi”nin futbolçusu Bassala Sambu məşqlərə başlayıb.
Sportlife.az xəbər verir ki, ingiltərəli hücumçunun Premyer Liqanın XXIX turunda “Qarabağ”a qarşı matçda heyətdə olmaq ehtimalı yüksəkdir. Lakin onun meydana çıxıb-çıxmayacağına baş məşqçi qərar verəcək.
Qeyd edək ki, aprelin 26-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.