Millimizin üzvü oynadı, komandası uduzdu

  • 8 Mart 2026, 12:24

Bolqarıstan çempionatında 25-ci turun oyunları keçirilir.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Botev”lə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Hüseynov 90 dəqiqə meydanda olub. O, 90+3-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Arda” hazırda 32 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb


Paylaş: