Ekitike: "Bu, ədalətsizdir, amma mən tək deyiləm"

  • Bu gün, 18:30

"Liverpul" hücumçusu Uqo Ekitike zədəsi ilə bağlı xəbərlərdən sonra paylaşım edib.

Sportlife.az xəbər verir ki, fransalı forvard özünü yaxşı hiss etmədiyini bildirib:

"Bu, çətindir, bəlkə də hətta ədalətsizdir. Amma mən tək deyiləm. Sizin gücünüz və sevginiz mənim hərəkətverici qüvvəm olacaq. Tezliklə görüşənədək, Enfild".

Qeyd edək ki, hücumçu Çempionlar Liqasının PSJ ilə cavab oyununda (0:2) zədələnib. Axill vətəri qopan futbolçu üçün mövsüm bitib. O, dünya çempionatını da buraxacaq.


Paylaş: