"Liverpul" Ekitikenin zədəsini açıqladı

  • Bu gün, 16:35

"Liverpul" fransız hücumçu Uqo Ekitikenin zədəsi ilə bağlı açıqlama yayıb.

Sportlife.az xəbər verir ki, klub forvardın axilles vətərinin qopduğunu təsdiqləyib.

Buna görə də Ekitikenin mövsümünün qalan həftələrini, eləcə də dünya çempionatını buraxacağı dəqiqləşib.

Bu mövsüm 23 yaşlı futbolçu "Liverpuld"da 45 oyunda meydana çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.


Paylaş: