Qordon "Nyukasl"ı tərk edir

  • 16 Aprel 2026, 12:34

"Nyukasl Yunayted"in yarımmüdafiəçisi Entoni Qordon klubdan ayrılmağa hazırlaşır.

Sportlife.az xəbər verir ki, amma futbolçu hələlik bununla bağlı klub rəhbərliyini məlumatlandırmayıb.

Onun xidmətində Avropanın bir neçə adlı-sanlı klubu maraqlıdır.

Bu mövsüm 25 yaşlı futbolçu İngiltərə Premyer Liqasında 26 oyunda iştirak edib, altı qol vurub və iki məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 12 oyunda 10 qol və iki məhsuldar ilə yadda qalıb.


Paylaş: