"Liverpul"dan tarixi rekord

  • Bu gün, 11:03

İngiltərə Premyer Liqasının 33-cü turunda "Liverpul" səfərdə "Everton"u 2:1 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki, "qırmızılar" ölkə çempionatı tarixində 60 fərqli stadionda qalib gələn ilk komanda olub.

90+10-cu dəqiqədə Vircil van Deyk "Hill Dikinson" stadionunda keçirilən ilk Mersisayd derbisində "Liverpul"a qələbə qazandıran qolu vurub.

Bu oyundan sonra "Everton" turnir cədvəlində 47 xalla 10-cu, "Liverpul" isə 55 xalla 5-ci yerdədir.


Paylaş: