Mövsümün baş məşqçisi
Frank Lampard İngiltərə Futbol Liqası (EFL) tərəfindən Çempionşipdə mövsümün baş məşqçisi seçilib.
Sportlife.az xəbər verir ki, 47 yaşlı mütəxəssis başçılıq etdiyi "Koventri"ni vaxtından əvvəl Premyer Liqaya yüksəldib. Hazırda 86 xalla turir cədvəlinə başçılıq edən komanda ən yaxın izləyicisi "İpsviç"i 10 xal qabaqlayır.
Lemparddan əlavə, "Koventri"nin bir neçə oyunçusu da mövsümün rəmzi komandasına daxil edilib. Qapıçı Karl Reşvort ilin qolkiperi seçilib. Milan van Eviyk, Met Qrayms və Hadji Rayt da ən yaxşı "11-liy"ə düşüblər.