“Sabah” üçün ən çox təyinat alan hakim

  • Bu gün, 18:54

Sabah Premyer Liqanın 27-ci turunun mərkəzi qarşılaşmasında "Sabah" öz meydanında "Zirə"ni qəbul edəcək. Meydan sahibləri çempionluq, qonaqlar isə avrokuboklar uğrunda mübarizə aparır. 

Hakimlər Komitəsi bu oyuna FİFA referisi Tural Qurbanovu təyin edib. O, bu oyunun öhdəsindən gələ bilərmi? Ümumiyyətlə Qurbanovun bu oyuna təyinatı doğrudurmu?

Statistika deyir ki, Hakimlər Komitəsi Tural Qurbanovu "Sabah"ın oyunlarına artıq 9-cu dəfədir ki təyinat verir. O, bu görüşlərin 5-də baş hakim, 2 oyuna VAR, 1 oyuna isə ehtiyat hakim olub. "Sabah" bu oyunların yalnız birində "Qarabağ"la heç-heçə edib, digər oyunlarda isə meydanı 3 xalla tərk edib. Statistika Qurbanovun “Sabah” üçün ən uğurlu hakim olduğunu göstərir.

Sabahkı görüş Qurbanovun "Zirə"nin oyununa ilk təyinatı kimi yadda qalacaq. Gənc FİFA referisi 27-ci tura qədər "Zirə"nin heç bir oyununu idarə etməyib.

Ümumi statistikaya baxdıqda Tural Qurbanov eyni komandanın oyunlarına ən çox təyinat alan referidir. Maraqlıdır, bu bölgünü kim və hansı prinsiplərə əsasən aparıb? 

Bu statistika "Zirə" tərəfi üçün şübhə yarada bilərmi? Bilər. Hakimlər Komitəsi hakim təyinatlarında belə məqamlara diqqət yetirməli idi...

Mirələm HƏSƏNLİ 


Paylaş: