Slotla bağlı fərqli qərar
"Liverpul"un sahibləri Arne Slotu baş məşqçi vəzifəsində saxlamaq istəyir.
Sportlife.az xəbər verir ki, komandanın son nəticələri azarkeşlər arasında narazılığa səbəb olsa da, sponsorlar fərqli fikirdədirlər.
Rəhbərlik qeyri-qənaətbəxş nəticələri bir neçə amillə əsaslandırır: komandanın emosional vəziyyətinə ciddi təsir göstərən Dioqu Jotanın ölümü, Məhəmməd Salahın formasının kəskin şəkildə aşağı düşməsi, eləcə də heyətin yenidən qurulması.
Bu mənada, Slotun komandanın sükanı arxasında qalacağı şübhə doğurmur. Ona daha bir il şans verilə bilər.