"Nyukasl" 2 ulduzu ilə vidalaşa bilər
"Nyukasl" bu yay 2 əsas oyunçusunu satmaq məcburiyyətində qala bilər.
Sportlife.az xəbər verir ki, klub Çempionlar Liqasına vəsiqə qazana bilməsə, aparıcı üzvlərindən 2-si ilə yollarını ayıracaq.
Eddi Hounun rəhbərlik etdiyi komandada ən dəyərli futbolçular Brunu Gimaraeş, Entoni Qordon, Tino Livramento və Sandro Tonalidir.