Bastoni getməyə hazır deyil
"İnter"in müdafiəçisi Alessandro Bastoni klubdan ayrılmağı düşünmür.
Sportlife.az xəbər verir ki, "Barselona"nın ciddi marağına baxmayaraq, oyunçu "Nerazzurri"də qalıb oynamağa davam etmək niyyətindədir.
Oyunçunun nümayəndələri ilə əlaqələr qurulub, lakin Bastoninin özü mövqeyini dəyişmədiyi üçün konkret bir şey əldə edilməyib. Futbolçu hələ getməyə hazır deyil. 26 yaşlı italiyalının "İnter"lə müqaviləsi 2028-ci ilin yayında başa çatır.
2025/26 mövsümündə Bastoni A Seriyasında 25 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.