"Səbail" cərimələndi
Azərbaycan I Liqasında çıxış edən "Səbail" klubu 2610 manat cərimələnib.
Sportlife.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna XXI turda "Şəfa" ilə oyunda yaşananlar səbəb olub.
"Dənizçilər" 4 futbolçu sarı vərəqə aldığı üçün 210 manat ödəyəcək. Bundan əlavə, "Səbail"in tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə edilib.
"Şahdağ Qusar" isə 150 manat ziyana düşüb. "Difai" ilə görüşün 77-ci dəqiqəsində futbolçu Kvaku Adjey ikinci sarı vərəqəni alaraq meydandan qovulub. O, bir oyunluq cəzalanıb.