"Kəpəz" autsayderə qarşı

  • Bu gün, 10:00

Premyer Liqasında XVII tura bu gün start veriləcək.

Sportlife.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. Çempionatın autsayderi "Karvan-Yevlax" "Kəpəz"i qəbul edəcək. 

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:30-da start götürəcək. Görüşün baş hakimi Nicat İsmayıllı olacaq.

"Karvan-Yevlax" 8 xalla 12-ci, Gəncə təmsilçisi 21 xalla 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, tura aprelin 12-də yekun vurulacaq.


Paylaş: