Neymar Nərimanla eyni liqada?
"Santos"un hücumçusu Neymar karyerasını MLS-də davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, "Tsinsinnati" klubu braziliyalı futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparıb.
ABŞ klubu oyunçunun tələblərini və transferlə bağlı marağını təsdiqləyib. Proses hələ ilkin mərhələdədir.
"Tsinsinnati" klubunun rəhbərliyi hesab edir ki, mövcud maliyyə resursları və infrastruktur sayəsində heyətə dünya səviyyəli ulduzları cəlb edə bilərlər.
34 yaşlı Neymarın "Santos"la müqaviləsi 2026-cı ilin sonunda başa çatır.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə də hazırda MLS-də çıxış edir. O, "Kolambus Kryu" klubunun formasını geyinir.