Rusiyalı qapıçı Norveç vətəndaşlığı aldı

  • Bu gün, 12:04

"Bude-Qlimt"in qapıçısı Nikita Xaykin Norveç vətəndaşı olub.

Sportlife.az xəbər verir ki, 30 yaşlı qolkiperin Rusiya, İsrail və Britaniya vətəndaşlığı da var.

Xaykin Norveç milli komandasında oynamaq üçün FIFA-dan icazə almalıdır. Norveç Futbol Assosiasiyası hazırda lazımi sənədləri toplayır.

Norveç DÇ-2026-da Fransa, Seneqal və İraqla bir qrupda çıxış edəcək.


Paylaş: