Millinin məşqçisi vəfat etdi

  • Bu gün, 15:03

Polşa milli komandasının köməkçi məşqçisi Yaçek Maqera 50 yaşında vəfat edib.

Sportlife.az xəbər verir ki, mütəxəssis səhər Vrotslavda qaçış zamanı huşunu itirib. O, təcili xəstəxanaya aparılsa da, həkimlərin səyləri uğursuz olub.

Maqera 2025-ci ilin yayından yığmada Yan Urbanın məşqçilər heyətində yer alırdı . Bundan əvvəl o, "Şlyask", "Legiya" və Polşanın gənclər komandalarında işləyib.


Paylaş: