"Kəpəz"dən gözlənilməz məğlubiyyət
Azərbaycan Premyer Liqasında XXVII tura bir oyunla start verilib.
Sportlife.az xəbər verir ki, günün yeganə matçı Yevlaxda keçirilib. “Kəpəz” çempionatın autsayderi “Karvan-Yevlax”ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yevlax təmsilçisinin qollarını 38, 45+1 və 90+4-cü dəqiqələrdə Rauf Rüstəmli, 65-ci dəqiqədə Eltun Turabov vurub. Gəncə komandasının heyətində 48-ci dəqiqədə Fərid Nəbiyev fərqlənib.
Turnir cədvəlində Gəncə təmsilçisi 21 xalla 10-cu, Yevlax klubu isə 11 xalla sonuncu – 12-ci pillədə yer alıb.
Qeyd edək ki, XXVII turun digər oyunları aprelin 11-12-də keçiriləcək.