Daha 2 il "Yuventus"da

  • Bu gün, 18:54

İtaliyanın “Yuventus” klubu baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzadıb.

Sportlife.az xəbər verir ki, 67 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. Təcrübəli çalışdırıcının hazırkı sözləşməsi mövsümün sonunda başa çatacaqdı.

Qeyd edək ki, “Yuventus” İtaliya A Seriyasında 31 turdan sonra 57 xalla beşinci pillədə qərarlaşıb.


Paylaş: