Əliyar Ağayevə yüksək qiymət

  • Bu gün, 18:31

Polşa mətbuatı bu mövsüm Konfransı Liqasında “Lex”in oyunlarında hakimlik edən referilərlə bağlı yazı dərc edib.

Sportlife.az xəbər verir ki, məqalədə azərbaycanlı FIFA referisi Əliyar Ağayevin də adı çəkilib.

Klubun azarkeş portalı “KKSLECH” Ağayevin Tamperedə Finlandiyanın KuPS komandasına qarşı pley-offun ilk oyunundakı (2:0) performansını yüksək qiymətləndirib.

Məlumata görə, Ağayev 6 maksimum baldan 4-nü alıb.

Xatırladaq ki, fevral ayında baş tutan matçda Əliyar Ağayevə xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli, eləcə də 4-cü hakim Elçin Məsiyev kömək edib.


Paylaş: