Boksçumuz dünya yığmasında

  • Bu gün, 13:35

Azərbaycanlı boksçu Məhəmməd Abdullayev Rusiya yığmasına qarşı keçiriləcək görüşdə dünya komandasının heyətində iştirak edəcək.

Sportlife.az xəbər verir ki, “Ağır çəkililərin döyüşü” adlı boks gecəsi mayın 1-də Kalininqrad şəhərində baş tutacaq.

Qarşılaşma peşəkar boks qaydaları ilə keçiriləcək və 5 döyüşü əhatə edəcək. Azərbaycanlı boksçunun rəqibi Voronej əsilli Vladislav Vişev olacaq.

Peşəkar boksda Məhəmməd Abdullayev bir döyüş keçirib və ötən il Bakıda kolumbiyalı Kristian Salcedo üzərində qələbə qazanıb. Bundan əlavə, onun aktivində həvəskarlar arasında dünya çempionatının üç bürünc medalı var. Bir neçə gün əvvəl isə boksçu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibi olub.


Paylaş: