Milli üzvü ilə yeni müqavilə
"Borussiya Dortmund" mərkəz müdafiəçisi Niko Şlotterbeklə müqavilənin müddətini uzadıb.
Sportlife.az xəbər verir ki, yeni sözləşmə 2031-ci ilə qədərdir.
26 yaşlı futbolçu "Borussiya"ya 2022-ci ildə "Frayburq"dan keçib.
Şlotterbek həmçinin 2022-ci ildə debüt etdiyi Almaniya millisində 25 oyun keçirib.