"Barselona"nın yeni gənc hədəfi

  • Bu gün, 16:27

“Palmeyras”ın futbolçusu Eduardo Konseysao “Barselona”nın diqqətini çəkib.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu artıq hücumun cinahlarında və hücumçunun arxasında oynaya bilən 16 yaşlı oyunçunun nümayəndələriylə əlaqə saxlayıb.

Konseysao “Palmeyras”ın gənclər komandasında oynayır və hələ əsas komandada debüt etməyib. Braziliyalı futbolçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir. O, 2028-ci ilin yanvar ayında, 18 yaşı tamam olanda Avropaya köçmək hüququ qazanacaq. Futbolçu eyni zamanda, Braziliyanın U-17 millisində də oynayır. O, bu mövsüm 4 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.


Paylaş: