Finalçılar bəlli oldu
Futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib.
Sportlife.az xəbər verir ki, hər iki oyunda Yüksək Liqa təmsilçiləri qələbə qazanıb.
“Neftçi” “Baku Fire-2”dən güclü olub. “Araz-Naxçıvan” isə böyükhesablı qələbə qazanmaqla ötən mövsüm finaldakı yenilginin də əvəzini çıxdı.
Beləliklə həlledici matçda “Neftçi” İK və “Araz-Naxçıvan” qarşılaşacaq. Oyun mayın 21-də keçiriləcək.
Baku Fire-2 – Neftçi İK 1:9
PFL – Araz-Naxçıvan 3:20