Nazirdən "Neftçi" paylaşımı
Elm və təhsil naziri, "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Sportlife.az xəbər verir ki, nazirin bu paylaşımı ilə dünən Premyer Liqanın XXVIII turu çərçivəsində keçirilən "Zirə" - "Neftçi" matçındakı (1:1) mübahisəli epizoda eyham vurduğu ehtimal olunur. E.Əmrullayev "Neftçi"yə dəstəyini ifadə etmək üçün klubun emblemini paylaşıb.
Xatırladaq ki, sözügedən oyundan sonra "Neftçi" hakimin qərarına etiraz edib. Klub 90+4-cü dəqiqədə buraxılan qolun videosunu paylaşaraq baş hakim İnqilab Məmmədovu və VAR hakimlərini tənqid edib. Paylaşımda "Bütün Azərbaycanın gördüyü ofsayd hakimlər və VAR-ın gözündən yayındı. Yoxsa elə ssenari bu imiş?" ifadələri yer alıb. Sözügedən epizoda etiraz etdiklərinə görə baş məşqçi Yuri Vernidub və bəzi futbolçular qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıblar.