Vernidub: "Özümüz üçün nəticələr çıxaracağıq"
Azərbaycan Premyer Liqasının XVIII turunda “Neftçi” səfərdə “Zirə” ilə qarşılaşıb.
Sportlife.az xəbər verir ki, 1:1 hesablı bərabərliklə bitən matçdan sonrakı mətbuat konfransında “Neftçi”nin köməkçi məşqçisi Vitali Vernidub iştirak edib.
Mütəxəssis oyunla bağlı bunları deyib.
– Yaxşı axşam oldu. Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini yüksəldir. Hər iki komanda sürətli idi, qol vəziyyətləri çox oldu. Azarkeşlər üçün də maraqlı oyun oldu. Oyunun əksər hissələrində üstünlük bizdə idi. Futbolçular çox yaxşı oynadılar. Əsas olan “Neftçi”yə yaraşan səviyyədə oyun göstərməkdir. Son dəqiqələrə gəldikdə, baxacağıq, araşdıracağıq, özümüz üçün nəticələr çıxaracağıq, nə edək ki, vəziyyət bu yerə gəlib çatmasın.
– Buraxdığınız qol epizoduna baxdınız? Son dəqiqələrdə nə baş verdi?
– Hörmətlə yanaşıram. Son dəqiqələr haqda danışmaq istəmirəm.
– Vensan Abubakarı deyil, daha sürətli hücumçu meydana buraxmaq olmazdı?
– Belə yanaşmaq da olar, amma istəyirdik ki, Abubakar irəlidə topu saxlayıb, digərlərinə ötürmələr versin. Həmçinin standart vəziyyətlərdə də bizə kömək edə bilərdi. “Zirə” bu durumlarda da yaxşıdır. Kim meydana çıxdısa, hamısı yüksək səviyədə oynadı. Artırmaq istəyirlər.