Berdiyevin qələbə şərhi
Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən “Araz Naxçıvan” – “Turan Tovuz” (0:3) oyunundan sonra nominal qonaqların baş məşqçisi Qurban Berdiyev mətbuat konfransında iştirak edib.
Sportlife.az xəbər verir ki, mütəxəssis oyun barədə bunları deyib:
"Bugünki qələbəmiz çətin və əhəmiyyətli idi. 2-ci hissəyə görə oyunçularıma təşəkkür edirəm. Çempionatın sonlarına yaxın çox vacib xallar qazandıq".