Keyn komanda yoldaşını ən yaxşı hesab edir

  • Bu gün, 14:06

"Bavariya"nın hücumçusu Harri Keyn dünya futbolunun ən yaxşı vingerinin adını açıqlayıb.

Sportlife.az xəbər verir ki, ingiltərəli forvard komanda yoldaşı Maykl Oliseni bu ada layiq gördüyünü bildirib:

"Deyərdim ki, Maykl hazırda dünyanın ən yaxşı cinah hücumçusudur".

Qeyd edək ki, Olise 2024-cü ildən "Bavariya"da çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 43 oyun keçirib, 18 qol vurub və 29 məhsuldar ötürmə edib. Fransalı futbolçu əvvəllər "Kristal Pelas" və "Ridinq", eləcə də "Mançester Siti", "Çelsi" və "Arsenal"ın gənclər komandalarında oynayıb.


Paylaş: