Millimizin üzvləri avtoqraf payladı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçularının iştirakı ilə bu gün Azərbaycan İdman Akademiyasında imza günü təşkil olunub.
Sportlife.az xəbər verir ki, tədbirdə komandanın üzvləri Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva iştirak ediblər.
Futbolçular azarkeşlərlə görüşərək imzalı şəkillərini paylayıb və onlarla xatirə fotoları çəkdiriblər.