"Real"la oyun əsl dram idi"
"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix Çempionlar Liqasının 1/4 final mərhələsinin "Real"la cavab oyunundan (4:3) danışıb.
Sportlife.az xəbər verir ki, almaniyalı futbolçu bunları deyib:
"Bu, tamamilə dram idi! Əlbəttə ki, oyuna istədiyimiz kimi başlamadıq. Amma fasiləyə qədər üstünlüyümüzün artdığını hiss etdik. Sonda hər şeyi istədiyimiz kimi bitirdik.
Ötən gecə Almaniyadakı uşaqlara bir az daha oyaq qalmağa icazə verildi. Ümid edirəm ki, həyat yoldaşım da oğluma belə bir fürsət verdi (gülür)".
"Bavariya" yarımfinalda PSJ ilə qarşılaşacaq.